Xəbərlər

NAXÇIVAN MUXTAR RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLƏRİ ÜÇÜN NAXÇIVAN ŞƏHƏRİNDƏ TƏLİM KEÇİRİLİB

2017-10-06

Ədliyyə Akademiyası və Avropa Şurası “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı layihənin icrası ilə əlaqədar Bakı şəhəri və regionlarda silsilə təlimlər həyata keçirilir.

 

Oktyabrın 5-6-da  Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşıdırması hüququ) mövzusunda Naxçıvan şəhərində iki günlük təlim keçirilib.

 

Təlimə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin və Naxçıvan şəhər məhkəməsinin hakimləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları olmaqla 27 nəfər iştiraka cəlb edilmişdir.

 

 

Təlim proqramında nəzərdə tutulmuş mövzuların tədrisi bu layihə çərçivəsində keçirilmiş təlimçilər üçün təlim proqramının iştirakçıları, Ədliyyə Akademiyasının əməkdaşları Nuranə İbadova və Şəlalə Quluzadə tərəfindən həyata keçirilmişdir.