Xəbərlər

VƏKİLLƏR ÜÇÜN NÖVBƏTİ TƏLİM

2017-10-18

17-18 oktyabr tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 42 üzvünün iştirakı ilə  vəkillər üçün  “Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi (Fikri ifadə etmək azadlığı) və 11-ci maddə (Yığıncaqlar və birləşmək azadlığı) mövzusunda Bakı şəhərində iki günlük təlim keçirilmişdir.

 

Təlim proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Zabil Qəhrəmanov, Oqtay Məhərrəmov, Sima Yaqubova və Elyar Həsənov tərəfindən həyata keçirilmişdir.