Xəbərlər

PENİTENSİAR XİDMƏTİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

2017-10-23

Penitensiar  xidmətin əməkdaşları üçün cari ilin  5, 12 və 23  oktyabr tarixlərində Ədliyyə Akademiyasında “Probasiya xidməti və cəza siyasətinin humanistləşdirilməsinin əsas vəzifələri” mövzusunda və  5-6, 12-13 və 19-20 oktyabr tarixlərində isə Qeydiyyat və Notariat baş idarəsində “İKT-nin müasir imkanları və ədliyyə orqanlarında tətbiqi məsələləri” mövzusunda təlimlər keçirilib.

 

Təlimlərdə Ədliyyə Nazirliyi İcra baş idarəsinin müvafiq əməkdaşları və Ədliyyə Akademiyasının müəllimləri tərəfindən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamı və ondan  irəli gələn vəzifələr, “Probasiya (azadlıqdan məhrumetməyə alternativ sanksiyaların tətbiqi)”,  “Probasiya institutu: tarixi inkişaf yolu və xarici ölkələrin təcrübəsi” mövzuları üzrə mühazirələr dinlənilib.