Xəbərlər

HAKİMLƏR ÜÇÜN TƏLİM

2017-10-20

Cari ilin 19-20 oktyabr tarixlərində 18 hakimin iştirakı ilə  “Winter Park Hotel” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi həyata və ailə həyatına hörmət hüququ)” mövzusunda təlim keçirilib.

 

Təlimdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov, Bakı Dövlət Universitetinin müəllimi Zaur Əzimov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şəfa Camalzadənin təqdimatları dinlənilib.

 

Təlim zamanı Konvensiyanın 8-ci maddəsinin əhatə dairəsi, maddənin tətbiqi ilə bağlı yoxlamanın ilk mərhələsi, maddənin aspektləri:  şəxsi həyat və ailə həyatı, mənzilə hörmət hüququ və yazışma sirrinin toxunulmazlığı hüququ, 8-ci maddə üzrə geri çəkilmə müddəası: dövlətin mülahizə sərbəstliyi, pozitiv və neqativ öhdəliklər, 8-ci maddənin Konvensiyanın digər maddələri ilə qarşılıqlı əlaqəsi kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb. Eyni zamanda HELP Proqramının Azərbaycan hakimləri üçün əlaqələndiricisi Zülfiqar Babayev tərəfindən Avropa Şurasının HELP Proqramının təqdimatı əyani formada təqdim edilib.