Xəbərlər

HAKİMLƏRİN İXTİSASARTIRMA KURSU

2017-10-27

Oktyabrın 27-də Ədliyyə Akademiyasında 30 hakimin iştirakı ilə “Mülki qanunvericiliyin tətbiqinin aktual məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

 

 

 

 

Kursda Ali Məhkəmənin hakimləri Elşanə Vəliyeva, İlqar Dəmirov və Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Xəlilovun təqdimatlarına dair əsassız varlanma- mülki hüququn və vəzifələrin əmələ gəlməsinin əsası kimi, torpaq sahələlərinin mülkiyyətə və icarəyə verilməsinin xüsusiyyətləri, ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə işlərə məhkəmələrdə baxılmasının xüsusiyyətləri kimi məsələlər müzakirə edilmişdir.