Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA ARDICIL TƏLİMLƏR HƏYATA KEÇİRİLİR

2017-11-20

Ədliyyə Akademiyasında 06.11.2017-ci il tarixində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda icra məmurları üçün, 13.11.2017-ci il tarixində tibb xidməti işçiləri üçün, 20.11.2017-ci il tarixində Məhkəmə ekspertizası mərkəzinin əməkdaşları üçün təlimlər keçirilmişdir.

 

Təlimlər tədris proqramına uyğun olaraq həyata keçirilmişdir. Tədris proqramında “Ədliyyə orqanları işçilərinin etik davranış qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Korrupsiyaya qarşı mübarizə və antikorrupsiya mədəniyyəti”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması” mövzuları üzrə hər təlimdə 3 saat həcmində tədris yükü nəzərə tutulmuşdur və bu tədris yükü tam yerinə yetirilmişdir.

 

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının müvafiq əməkdaşları tərəfindən həyata keçirilmişdir.

 

İxtisasartırma kurslarında cəmi 92 nəfər dinləyici iştirak etmişdir. Akademiyada olduqları müddətdə onların dərsə dəvamiyyəti qənaətbəxş olmuşdur.

 

Təlimin sonunda kursun təşkilinə, tədris olunan mövzulara, dərsləri tədris edən müəllimlərə münasibətlərini öyrənmək məqsədilə dinləyicilər arasında sorğu aparılmışdır.