Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN VƏFAT ETMƏSİNİN İLDÖNÜMÜ YAD EDİLMİŞDİR

2017-12-12

Ədliyyə Akademiyasının əməkdaşları və ədliyyə qulluğuna 14-cü müsabiqədə uğur qazanmış namizədlərin iştirakı ilə ümumilli lider Heydər Əliyevin vəfat etməsinin ildönümü yad edilmişdir. Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov öz çıxışına başlamazdan əvvəl bir dəqiqəlik sükut elan etmişdir. Tədbirdə Ümummilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən ətraflı bəhs olunmuş, onun dövlət məmurları qarşısında vətənpərvərlik, sağlam mənəviyyat, qanunun aliliyinin daim uca tutulması ilə bağlı tələbləri bir daha vurğulanmışdır. Daha sonra, Ədliyyə Akademiyası Ədliyyə sahəsində idarəetmə kafedrasının baş müəllimi İsmayıl Məmmədli namizədlərə “Heydər Əliyev dövlət quruculuğunun banisidir” mövzusunda mühazirə demişdir.