Xəbərlər

16 MART 2018-Cİ İL TARİXİNDƏ HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2018-03-16

Cari ilin 16 mart tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Məhkəmə psixologiyasının aktual məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

Keçirilmiş ixtisasartırma kursunda kursda apellyasiya və I instansiya məhkəmələrinin hakimləri olmaqla 16 hakim iştirak etmişdir. Tədris kursunda Vəkillər Kollegiyasının üzvü Elxan Quliyev, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza şöbəsinin ekspertləri Vüsal Məmmədov və Natiq Abdullayevin mühazirələri dinlənilmişdir. Kursda hüquq psixologiyasının aktual problemləri, məhkəmə psixoloji ekspertizasının əsas istiqamətləri, məhkəmə prosesi iştirakçıları ilə ünsiyyətin psixoloji xüsusiyyətləri kimi məsələlər hakimlərin diqqətinə çatdırılmışdır.