Xəbərlər

30 MART 2018-Cİ İL TARİXİNDƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2018-03-30

Cari ilin 30 mart tarixində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Park İnn” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi (Mülkiyyət hüququ) mövzusunda təlim keçirilmişdir. Keçirilmiş təlimdə apellyasiya və I instansiya məhkəmələrinin hakimləri olmaqla 27 hakim iştirak etmişdir.

Təlimdə Bakı Apellyasiya Məhkəməsinin hakimləri Hacıyev Sənan və Abiyeva Kəmalə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Günel Sevdimalıyevanın  təqdimatları dinlənilmişdir

Təlim zamanı mülkiyyət (əmlak) anlayışı: daxili qanunvericilik və Avropa Məhkəməsinin yanaşması, mülkiyyətdən məhrum edilmə - 2-ci norma, mülkiyyətdən istifadəyə nəzarət - 3-cü norma, mülkiyyətindən maneəsiz istifadə prinsipi- 1-ci norma, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə mülkiyyət hüququnun məhdudlaşdırılması və müdafiəsi,1 Saylı Protokolun 1-ci Maddəsi üzrə Azərbaycanla bağlı qərarların müzakirəsi kimi məsələlər hakimlərin diqqətinə çatdırılmış və mövzu ilə bağlı kazuslar müzakirə edilmişdir.