Xəbərlər

ƏDLİYYƏ İŞÇİLƏRİ ÜÇÜN ARDICIL İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2018-12-26

5, 10, 15 və 26 dekabr tarixlərində ədliyyə işçiləri üçün ardıcıl “Ünsiyyət psixologiyası və etik davranış qaydaları “ mövzusunda təlimlər keçirilib.

 

Təlimlər penitensiar xidmətin əməkdaşları, tibb xidmətinin əməkdaşları və notariat kontorunun əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

 

Ümumilikdə 113 nəfər ədliyyə işçisinin iştirak etdiyi ixtisasartırma kurslarında Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər. Konfliktlər və onların həlli metodları”, “Vətəndaşların ədliyyə işçiləri tərəfindən qəbulu zamanı yaranan problemlər və ünsiyyət psixologiyası” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.