Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI DÖVLƏT QULLUĞUNA QƏBUL ÜZRƏ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

2019-03-05

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ödənişli əsaslarla dövlət qulluğuna (BA və BB vəzifə qrupları üzrə), ədliyyə və məhkəmə orqanlarına qəbul olunmaq istəyən namizədlər üçün hazırlıq kursları təşkil edir.

Kurslar hüququn müvafiq sahələri üzrə tədris proqramları əsasında Akademiya tərəfindən cəlb olunmuş təcrübəli təlimçilər tərəfindən aparılır.

Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı qeyd edilən telefon nömrəsi və e-mail vasitəsilə Akademiyaya müraciət edərək qeydiyyatdan keçə bilərlər:

Telefon: (012) 493-71-31 (103)

E-mail: info@aaj.gov.az

Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158.