Xəbərlər

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARININ HÜQUQİ MAARİFLƏNDİRMƏSİ MƏQSƏDİLƏ ƏDLİYYƏ AKADEMİYASINDA TƏDRİS KURSU KEÇİRİLİB

2019-01-25

Bakı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə cari ilin 25 yanvar tarixində Ədliyyə Akademiyasında tədris kursu keçirilib.

Bakı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə təşkil edilən tədris kursunda 17 nəfər dinləyici qismində iştirak etdi. Tədris kursunun proqramına əsasən “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə media münasibətlərinin hüquqi tənzimlənməsı”,  “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” və “Bələdiyyələrin maliyyə fəaliyyətinin hüquqi əsasları, vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri” mövzuları üzrə mühazirələr Ədliyyə Akademiyası və Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən dinləyicilərin diqqətinə çatdırılıb.