Xəbərlər

BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ HAKİMLƏR ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİR

2019-01-24

Ədliyyə Akademiyası və Beynəlxlaq Miqrasiya Təşkilatının birfə təşkilatçılığı ilə hakimlər üçün davamlı təlimlər keçirilir. Cari ilin 16-18 yanvar  tarixlərində “Cinayət təqibini həyata keçirən orqanlar üçün insan alverinə qarşı mübarizə” mövzusunda  üç günlük kaskad təlim təşkil olunub.

Hakimlər, vəkillər, prokurorluq orqanları və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirak etdiyi təlimdə Şirvan Apellyasiya və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı və Vəkillər Kollegiyasının üzvünün təqdimatları dinlənilib.

Təlim iştirakçılarına insan alveri  və digər cinayətlər arasında fərq yaradan milli aspektlər, risk faktorları və risk qrupları, insan alveri  və digər cinayətlər arasında fərqləri aşılayan beynəlxalq hüquqi çərçivə əsas hüquqi anlayışlar, insan alverinin obyektiv və subyektiv elementləri arasında fərqin müəyyən edilməsinə aid beynəlxalq anlayışlar, yerli təcrübədə insan alveri üzrə beynəlxalq anlayışların tətbiqində  yaranan problemlər, qurbanlar, müəyyənləşdirmə faktorları, qurban olmaq riski, cinayətdə qurbanlar və cinayət iştirakçılar arasındakı fərqlər, miqrantlar və insan alveri qurbanları, uşaq alverinin xüsusiyyətləri, qurban üçün şərtlər və şərait, dəstək, reabilitasiya və müdafiə prosessual və qeyri - prosessual tədbirlər, milli istiqamətləndirmə mexanizminin rolu, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların rolu, prosessual tədbirlər (qurbanın şəxsiyyətinə hörmət, profilaktik və qoruyucu tədbirlər, qurbanlara yardım, qanuni təmsilçilik, cinayət prosesində kompensasiya hüququ və digər hüquqlar), şahidlərin qorunması hallarında ədalətli mühakimə üzrə AİHM-in müvafiq kazusları da daxil olmaqla beynəlxalq aspektlər, milli aspektlər, insan alveri  insan hüquqlarının pozulması kimi (Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) təcrübəsi yanaşması) və AİHM aid iddianın təqdim edilməsi, AİHM-in yerli məhkəmə təcrübəsində həyata keçirilməsi, cinayətin aşkar edilməsində, sübutların toplanmasında və açıqlanmasında cinayət təqibi orqanlarının rolu və səlahiyyətləri, insan alverinin ən uyğun sübutları  kimi mövzularda ətraflı məlumatlar verilib.

Həmçinin 22-24 yanvar tarixlərində Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Beynəlxalq miqrasiya hüququ” mövzusunda təlim keçirilib.

Hakim və vəkillərin iştirakı ilə keçirilən təlimdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakiminin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlərinin təqdimatları dinlənilib.

Təlim iştirakçılarına Beynəlxalq miqrasiya hüququnun əsas elementləri/ subyektləri, mənbələri, hüquqi və normativ çərçivəsi, insan alveri transmilli cinayət kimi, beynəlxalq miqrasiya hüququ standartlarının tətbiqində hüquq-mühafizə orqanlarının, məkhəmələrin və vəkillik institutunun rolu, dövlətlərin miqrasiya ilə bağlı səlahiyyətləri və beynəlxalq miqrasiya hüququ tərəfindən qoyulan məhdudiyyətlər, dövlət suverenliyi və hərəkət azadlığı hüquq kimi, geri qaytarılmama prinsipi/sığınacaq üçün müraciət edən şəxslərin geri qaytarılmama prinsipi, ölkəyə daxil olma və qalmanın tənzimlənməsi, ölkədən çıxışın tənzimlənməsi, sərbəst hərəkət azadlığının təmin edilməsi, şəxsi toxunulmazlıq, əmək miqrasiyasının beynəlxalq miqrasiya hüququ tərəfindən tənzimlənməsi, yaşama şəraiti, iqtisadi, sosial, mədəni hüquqlar, sığınacaq axtaranlar, qaçqın və məcburi köçkünlər, qadın və uşaq miqrantlar, fiziki imkanları məhdud olan miqrantlar kimi mövzularda ətraflı məlumatlar verilib.           

Təlimlərdə, həmçinin, mövzu ətrafında müzakirələr aparılıb, səhnələşdirilmiş istintaq, səhnələşdirilmiş məhkəmə prosesi, video materiallar nümayiş olunub və qruplar üzrə iş aparılıb, təlim iştirakçılarına müxtəlif tapşırıqlar verilib.