Xəbərlər

YERLİ İCRA VƏ PROBASİYA ŞÖBƏLƏRİNİN VƏ REGİONAL ƏDLİYYƏ İDARƏLƏRİNİN ƏMƏKDAŞLARI ÜÇÜN ƏDLİYYƏ AKADEMİYASINDA “KARGÜZARLIĞIN VƏ ARXİV İŞİNİN TƏŞKİLİ” MÖVZUSUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

2019-02-28

Cari ili Cari ilin 28 fevral tarixində yerli icra və probasiya şöbələrinin və regional ədliyyə idarələrinin əməkdaşları üçün Ədliyyə Akademiyasında  “Kargüzarlığın və arxiv işinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

Ümumilikdə 82 nəfər əməkdaşın iştirak etdiyi seminarda “«Vətəndaşların müraciətləri haqqında»yeni Qanun, vətəndaşların müracətləri ilə bağlı kargüzarlığın aparılması və nəzarətin həyata keçirilməsi”,“Nomenklatur-siyahının hazırlanması və təsdiq edilməsi qaydası”,“Ədliyyə sahəsinə aid arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılması və mühafizəsinin təmin edilməsi”  mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

Tədris proqramında  nəzərdə  tutulmuş mövzuların tədrisi Ədliyyə Nazirliyi Katibliyinin əməkdaşları tərəfindən həyata keçirilib.