Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASININ VƏ BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ TƏLİMÇİLƏRİN TƏLİMİ KEÇİRİLİB

2019-02-08

Cari ilin 5-8 fevral tarixlərində Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Çirkli pulların yuyulması” mövzusunda təlimçilər üçün təlim keçirilib.

Hakimlər, vəkillər, prokurorluq orqanlarının və Ədliyyə Akademiyasının əməkdaşları olmaqla, ümumilikdə 18 nəfərin iştirak etdiyi təlimdə Beynəlxalq Miqrasiya Təşkilatının beynəlxalq eksperti və Maliyyə Monitorinq Xidmətinin Hüquq Departamentinin nümayəndəsinin təqdimatları dinlənildi.

Təlimdə çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə təlim kurrikulumu barədə iştirakçılara məlumat verildi, çirkli pulların yuyulması problemi məsələsinə toxunuldu, milli və beynəlxalq tənzimləyici tələblər və əməkdaşlıq, kriminoloji- empirik və məhkəmə yanaşması, çirkli pulların müəyyənləşdirilməsi üzrə tipologilar, çirkli pulların araşdırılması kimi məsələlər müzakirə edilib.

Həmçinin, müxtəlif kazuslar ətrafında müzakirələr aparılmış, təlim iştirakçılarına müxtəlif tapşırıqlar verildi.

Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim olundu.