Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-02-28

Cari ilin 28 fevral tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “İnsan alveri və əlaqədar cinayət işlərinə məhkəmə qaydasında baxılması” mövzusunda ixtisasartırma kursu keçirilib.

Birinci insatansiya və apellyasiya məhkəmələrindən olmaqla, ümumilikdə 18 nəfər hakimin iştirak etdiyi təlimdə Sumqayıt Apellyasiya Məhkəməsinin, Şirvan Apellyasiya Məhkəməsinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin təqdimatları dinləyicilərin diqqətinə çatdırılıb.

Keçirilmiş kursda  insan alveri cinayətlərinin tövsifi məsələləri, insan alveri və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ,  Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində insan alveri aspektləri, presedent hüququ və dövlətin öhdəlikləri, insan alveri ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri, insan alverinin beynəlxalq və milli səviyyədə kriminallaşdırılması kimi məsələlər işıqlandırılıb.