Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN “MƏHKƏMƏ FƏALİYYƏTİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA YÖNƏLMİŞ TƏDBİRLƏR” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

2019-02-22

Cari ilin 15 və 22 fevral tarixlərində Ədliyyə Akademiyasında məhkəmə aparatı işçiləri üçün  “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər” mövzusunda təlim keçirilib.Ümumilikdə 58 nəfər məhkəmə aparatı işçisinin iştirak etdiyi ixtisasartırma kursunda “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanunu”,Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ). CEPEJ alətlərinin və standartlarının anlayışı və onların məhkəmələrin səmərəli idarə edilməsində rolu”, , “Elektron məhkəmə informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri”, “Dövlət qulluqçularının korrupsiyaya qarşı davranışı və maraqların toqquşması”  mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Bakı Apellyasiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi”nin nümayəndələri Elnarə Bağırova və Rəşad Əliyev və Ədliyyə Akademiyasının əməkdaşı tərəfindən həyata keçirilib.