Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI İLƏ MOLDOVA MİLLİ ƏDLİYYƏ İNSTİTUTU ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM İMZALANIB

2019-04-04

2019-ci ilin 3-4 aprel tarixlərində Bakıda keçirilən beynəlxalq seminar çərçivəsində ölkəmizdə səfərdə olan Moldova Milli Ədliyyə İnstitutunun direktoru xanım Diana Skobioala və İnstitutun Beynəlxalq əlaqələr bölməsinin rəhbəri xanım Valentina Kontesku Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında olublar.

Səfər proqramına əsasən Ədliyyə Akademiyasında “Moldova Milli Ədliyyə İnstitutu ilə Ədliyyə Akademiyası arasında əməkdaşlıq” haqqında Memorandum imzalanmışdır. Memorandum, hakimlər və prokurorlar, hakim və prokuror vəzifələrinə namizədlər və ədliyyə sektorunda işləyən digər kateqoriya şəxslər üçün yüksək keyfiyyətli tədrisin təşviqi, tərəflərin ən yüksək standartlara uyğun olaraq məhkəmə tədrisinin təmin edilməsi üzrə potensialın artırılması məqsədlərinə əsaslanıb. 

Səfər çərçivəsində nümayəndə heyəti Ədliyyə Akademiyasının və Heydər Əliyev Mərkəzinin fəliyyəti ilə tanış olub, həmçinin beynəlxalq seminar çərçivəsində Moldova Milli Ədliyyə İnstitutunun direktoru xanım Diana Skobioalanın “İnsan alverinə qarşı mübarizə sahəsində hakimlərin və prokurorların təlimləndirilməsi” mövzusunda təqdimatı olub.

Bundan başqa, nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib, qonaqlar Ədliyyə tarixi muzeyi ilə tanış olublar.