Xəbərlər

HAKİMLƏR ÜÇÜN “PROBASİYA SAHƏSİNDƏ QANUNVERİCİLİYİN TƏTBİQİ MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-03-07

Ədliyyə Akademiyasında hakimlər üçün “Probasiya sahəsində qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

16 hakimin iştirak etdiyi təlimdə Ali Məhkəmənin hakimlərinin və Ədliyyə Nazirliyi Probasiya xidmətinin rəis müavininin mühazirələri dinlənilib.

Keçirilmiş kursda probasiya institutunun anlayışı, məqsədi, bu sahədə xarici ölkələrin təcrübəsi, probasiyanın (cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prossesual məcburiyyət tədbirlərinin) tətbiqi əsasları və şərtləri, azadlığın məhdudlaşdırılması cəzası, onun tətbiqi və icrasının təşkili ilə bağlı məsələlər hakimlərin diqqətinə çatdırılıb.

Eyni zamanda hakimlər üçün Azərbaycan Respublikası ədliyyə naziri cənab Fikrət Məmmədovun göstərişi ilə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi ilə tanışlıq tədbiri həyata keçirilib, elektron qolbağın istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.