Xəbərlər

BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI VƏ ƏDLİYYƏ AKADEMİYASININ TƏŞKİLATÇILIĞI İLƏ HAKİMLƏR ÜÇÜN SİLSİLƏ TƏLİMLƏR KEÇİRİLİR

2019-03-14

Lənkəran və Quba rayonlarında Beynəlxalq Miqrasiya Təşkilatı və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər və vəkillər üçün “Beynəlxalq miqrasiya hüququ” mövzusunda təlimlər keçirilib.

Ümumilikdə 35 nəfər hakim və vəkilin iştirak ilə keçirilən təlimdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi, Ədliyyə Akademiyasının müəllimi və Vəkillər Kollegiyasının üzvlərinin təqdimatları dinlənilib. 

Təlim iştirakçılarına Beynəlxalq Miqrasiya Hüququnun əsas elementləri / subyektləri, mənbələri, hüquqi və normativ çərçivəsi, insan alveri transmilli cinayət kimi, BMH standartlarının tətbiqində hüquq-muhafizə orqanlarının, məkhəmələrin və vəkillik institutunun rolu, dövlətlərin miqrasiya ilə bağlı səlahiyyətləri və beynəlxalq miqrasiya hüququ tərəfindən qoyulan məhdudiyyətlər, dövlət suverenliyi və hərəkət azadlığı hüquq kimi, geri qaytarılmama prinsipi/sığınacaq üçün müraciət edən şəxslərin geri qaytarılmama prinsipi (non-refoulement), ölkəyə daxil olma və qalmanın tənzimlənməsi, ölkədən çıxışın tənzimlənməsi və sair mövzularda ətraflı məlumatlar verildi.

Təlimlərdə, həmçinin, mövzu ətrafında müzakirələr aparılmış, qruplar üzrə iş aparılmış və təlim iştirakçılarına müxtəlif tapşırıqlar verilib.