Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA PROBASİYA VƏ İCRA XİDMƏTLƏRİNİN ƏMƏKDAŞLARI ÜÇÜN “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA TƏLİMLƏR KEÇİRİLİB

2019-03-05

Ədliyyə Akademiyasında mart ayının 4 və 5 tarixlərində Probasiya və İcra Xidmətlərinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib.

Ümumilikdə 40 nəfər dinləyicinin iştirak etdiyi təlimdə “Korrupsiyaya qarşı mübarizə və antikorrupsiya mədəniyyəti”, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması” mövzuları üzrə mühazirələr iştirakçıların diqqətinə çatdırılıb.

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının müvafiq əməkdaşları tərəfindən həyata keçirilib.