Xəbərlər

YASAMAL RAYON MƏHKƏMƏSİ İLƏ ŞƏKİ MƏHKƏMƏ KOMPLEKSİ ARASINDA VİDEO-KONFRANS VASİTƏSİLƏ MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN “MƏHKƏMƏ FƏALİYYƏTİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA YÖNƏLMİŞ TƏDBİRLƏR” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

2019-03-15

15 mart 2019-cu il tarixində Yasamal Rayon Məhkəməsi ilə Şəki Məhkəmə Kompleksi arasında video-konfrans vasitəsilə təlim keçirilib.

Ümumilikdə 70 nəfər məhkəmə aparatı işçisi üçün video-konfrans vasitəsilə keçirilən təlimdə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanunu”, “Elektron məhkəmə informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri”, “Dövlət qulluqçularının etik davranış qaydaları” barədə mövzular üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Bakı Apellyasiya Məhkəməsinin hakimi, “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi”nin nümayəndələri və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü tərəfindən həyata keçirilib.