Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASININ ƏMƏKDAŞLARI AŞ-NIN 70 İLLİYİ İLƏ BAĞLI AÇIQ GÜNDƏ İŞTİRAK EDİBLƏR

2019-05-05

Mayın 5-də Avropa Şurasının (AŞ) 70 illiyi münasibətilə təşkilatın Bakı Ofisində Açıq Gün keçirilib. Ədliyyə Akademiyasının 5 nəfər əməkdaşı və Akademiyada Penitensiar xidmətin orta rəis heyətinə qulluğa qəbul edilən namizədlər üçün keçirilən icbari təlimin 5 nəfər nümayəndəsi həmin tədbirdə iştirak ediblər.

Tədbirdə ilk olaraq Təşkilatın Bakı Ofisinin rəhbəri səfir Zoltan Hernyes Avropa Şurasının 70 illiyi haqda danışıb, daha sonra çirkli pulların yuyulması və ədliyyə sahəsində islahatlarla bağlı həyata keçirilən layihələr barədə layihə rəhbərləri iştirakçılara məlumat veriblər. Həmçinin Təşkilat tezliklə gender bərabərliyi və media azadlığı mövzularında layihəyə başlayacaqlarını bildiriblər.

Tədbirdə iştirakçılar Avropa İnsan Hüquqları Konvensiyasının müxtəlif maddələrinin şərhi ilə bağlı nəşrlərlə tanış olublar.