Xəbərlər

ƏDLIYYƏ AKADEMIYASINDA ÜMUMMILLI LIDER HEYDƏR ƏLIYEVIN DOĞUM GÜNÜ MÜNASIBƏTILƏ TƏDBIR KEÇIRILIB

2019-05-08

Müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tədbir keçirilib.

Akademiyada keçirilən tədbirdə ölkəmizin görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirilib, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin müasir tarixini yaradan ümummilli liderin siyasi uzaqgörənliyi, müdrikliyi, milli dövlətçiliyimizin qorunub saxlanılmasında və dövlət quruculuğundakı əvəzedilməz rolu barədə ətraflı danışılıb, dahi öndərin müəyyənləşdirdiyi inkişaf kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin yüksək nailiyyətlər əldə etdiyi vurğulanıb.

Tədbirdə çıxış edən Akademiyanın müəllimləri və  əməkdaşları ulu öndərin ədliyyə sahəsində həyata keçirdiyi islahatlardan, məhkəmə-hüquq sisteminin formalaşması və inkişafında müstəsna xidmətlərindən danışıb, ümummilli liderin dövlət gənclər siyasətindən bəhs etmiş, Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevə yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

Sonda tədbir iştirakçıları üçün dahi şəxsiyyətin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.