Xəbərlər

BƏLƏDİYYƏLƏR ÜÇÜN HÜQUQİ MAARİFLƏNDİRİLMƏ KURSLARI KEÇİRİLİB

2019-04-25

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Bələdiyyələrlə iş mərkəzi tərəfindən 18 aprel tarixində Bərdə rayonunda, 25 aprel tarixində Masallı rayonunda  bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursu təşkil edilib.

Ümumilikdə 83 nəfər dinləyicinin iştirakı ilə həyata ixtisasartırma kurslarında “Bələdiyyə mülkiyyəti, əmlak təminatı və mülkiyyət toxunulmazlığı. Bələdiyyə mülkiyyətinə dair Avropa Şurasının sənədləri”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə media münasibətlərinin hüquqi tənzimlənməsı”, “Bələdiyyələrdə arxiv işinin təşkili”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi”  mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.