Xəbərlər

ƏDLIYYƏ AKADEMIYASINDA ICRA MƏMURLARI ÜÇÜN TƏLIM KEÇIRILIB

2019-04-30

Ədliyyə Akademiyası və İcra baş idarəsinin  birgə  təşkilatçılığı ilə 30 aprel tarixində tarixdə icra məmurları üçün “Alimentin tutulması, uşaqla ünsiyyətdə olma və uşağın alınıb-verilməsi tələblərinə dair məhkəmə qərarlarının icrası işinin  təkmilləşdirilməsi” mövzusunda təlim keşirilib.

Tədris proqramına uyğun olaraq həyata keçirilən təlim zamanı  “Uşağın alınıb-verilməsi və uşaqla ünsiyyət tələbinə dair icra sənədlərinin icrası zamanı uşağın mənafeyinə zərər vurmadan icranın təmin ounması”, “Alimentin tutulması, uşaqla ünsiyyətdə olma və uşağın alınıb-verilməsi tələblərinə dair məhkəmə qərarlarının icrası zamanı icra məmurları tərəfindən yol verilən xarakterik nöqsanlar və onların aradan qaldırılması üzrə görülən tədbirlər”, “Alimentin tutulmasına dair icra sənədlərinin icrası qaydası” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb. Tədbirdə 25 nəfər icra məmuru iştirak edib.

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi rayon (şəhər) icra və probasiya şöbələrinin rəisləri tərəfindən həyata keçirilib.