Xəbərlər

ƏDLIYYƏ AKADEMIYASINDA MƏHKƏMƏ APARATI IŞÇILƏRI IXTISASARTIRMA KURSLARI KEÇIRILIB

2019-04-26

Ədliyyə Akademiyasında 18 və 26 aprel tarixlərində məhkəmə aparatı işçiləri üçün “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər” mövzusunda təlim keçirilib.

Ümumilikdə 57 nəfər məhkəmə aparatı işçisinin iştirak etdiyi təlimdə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanunu”, “Elektron məhkəmə informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri”, “Məhkəmə aparatı işçilərinin məhkəmələrin idarə edilməsində rolu və onlar üçün nəzərdə tutulmuş davranış prinsipləri”  mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisini Bakı Apellyasiya Məhkəməsinin hakimi, “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi”nin nümayəndələri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü həyata keçirdi.