Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA VƏKİLLİYƏ NAMİZƏDLƏRİN İCBARİ TƏLİMİ DAVAM EDİR

2019-05-10

Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 87   vəkilliyə namizədin icbari təlimi davam edir. Təlimdə namizədlərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilərək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərlə bağlı müxtəlif nəzəri və praktiki mövzular tədris olunur.
Təlimin proqramına uyğun olaraq mövzuların tədrisinə bir sıra yuxarı instansiya məhkəmələrinin hakimləri, vəkillər və praktiki hüquqşünaslar, digər yerli və beynəlxalq ekspertlər cəlb olunub.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) eksperti Rudolf Lauda "Vəkillik etikasının bəzi aspektləri – beynəlxalq təcrübə" mövzusunda namizədlər qarşısında mühazirə ilə çıxış edib, vəkil etikasının təhlili, beynəlxalq təcrübədə tətbiqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.si aparıb.