Xəbərlər

VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-05-23

Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Hüquqi çərçivəyə yenidən baxılması, məhkəmə qərarlarının qəbulu və icrası proseslərinin sürətləndirilməsi" prioritetinin tədbirlər planında nəzərdə tutulmuş maarifləndirmə işinin təşkili istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillərə "Məhkəmə qərarlarının qəbulu və icrası proseslərinin sürətləndirilməsi" mövzusunda təlim keçirilib.

19 nəfər vəkilin iştirak etdiyi təlimdə “Ümumi giriş və məlumatlandırma”, ”Bankların iştirakı ilə olan mübahisələrə məhkəmələrdə baxılmasında vəkilin rolu”, “Məhkəmə qərarlarının icrası”, “İnzibati-iqtisadi məhkəmələrdə ləğvetmə prosesində olan bankların iştirakı ilə işlərin bəzi xüsusiyyətləri” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzuları işıqlandırılıb.