Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-05-08

8 may tarixində Ədliyyə Akademiyasında hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyası və Əlillərin hüquqları haqqında Konvensiyamövzusunda ixtisasartırma kursu keçirilib.

Ümumilikdə 37 hakimin iştirak etdiyi tədris kursunda Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin və BDU-nun Əmək və ekologiya hüququ kafedrasının professorunun mühazirələri dinlənilib.

Kursda Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi (Ayrı-seçkiliyin qadağan edilməsi), Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (fikri ifadə etmək azadlığı)və 11-ci maddələri (yığıncaqlar və birləşmək azadlığı), Əlillərin hüquqları haqqında Konvensiya  bağlı bir sıra məsələlər hakimlərin diqqətinə çatdırılıb.

Eyni zamanda hakimlər üçün Azərbaycan Respublikası ədliyyə naziri cənab Fikrət Məmmədovun göstərişi ilə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi ilə tanışlıq tədbiri həyata keçirilib, elektron qolbağın istifadə qaydaları əyani şəkildə göstərilib.