Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA ƏDLİYYƏ İŞÇİLƏRİ ÜÇÜN MÜXTƏLİF MÖVZULARDA TƏLİMLƏR KEÇİRİLİR

2019-05-31

Ədliyyə Akademiyasında ədliyyə işçiləri üçün ardıcıl ixtisasartırma kursları keçirilir.

May ayı ərzində Ədliyyə Nazirliyinin müxtəlif qurumlarından olan əməkdaşlar üçün “Korrupsiyaya qarşı mübarizə” və  “İKT-nin müasir imkanları və ədliyyə orqanlarında tətbiqi məsələləri”  mövzularına həsr edilən təlimlər təşkil edilib.

Ümumilikdə 58 nəfər ədliyyə işçisinin cəlb edildiyi təlimlərdə “Ədliyyə orqanları işçilərinin etik davranış qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Korrupsiyaya qarşı mübarizə və antikorrupsiya mədəniyyəti”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması”, “Elektron imza və onun tətbiqi məsələləri”, “Müasir İKT-dən istifadə və ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər. Ədliyyə Nazirliyində tətbiq olunan informasiya sistemləri”, “Ədliyyə orqanlarında elektron sənəd dövriyyəsi sisteminin təşkili və tətbiqi məsələləri” mövzuları üzrə  mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.