Xəbərlər

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏ APARILAN İSLAHATLARLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

2019-06-20

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə bağlı ictimai müzakirələr keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ölkəmizdə son dövrdə məhkəmə-hüquq sistemində aparılan islahatlardan danışıb, ölkə başçısının bu istiqamətdə imzaladığı müvafiq Fərmanı yüksək dəyərləndirib.
Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov sözügedən Fərmanı ətraflı şərh edib, onun məqsəd və vəzifələri barədə danışıb.
Maarifləndirmə tədbirində Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun üzvü Rəşad Əliyev “Elektron məhkəmə informasiya sistemi-ədalət mühakiməsində yeni mərhələ”, icra baş idarəsinin qrup rəhbəri Tural Məmmədov “Elektron icra” informasiya sistemi”, qeydiyyat və notariat baş idarəsinin İnformasiya təminatı şöbəsinin məsləhətçisi Zaur Həsənov “Məhkəmə-hüquq sistemində tətbiq edilən innovasiyalar” mövzularında təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda məhkəmə-hüquq sistemində olan son yeniliklər, icra mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Maarifləndirmə məqsədilə keçirilən tədbiri Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov yekunlaşdırıb.