Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-06-14

14 iyun 2019-cu il tarixdə Ədliyyə Akademiyasında məhkəmə aparatı işçiləri üçün “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər” mövzusunda təlim keçirilib.

Təlim zamanı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı”,Məhkəmə aparatı işçilərinin məhkəmələrin idarə edilməsində rolu və onlar üçün nəzərdə tutulmuş davranış prinsipləri”, “Elektron məhkəmə informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri” barədə mövzular tədris olunub.

Ümumilikdə 28 nəfər məhkəmə aparatı işçisinin iştirak etdiyi təlimin tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Bakı Apellyasiya Məhkəməsinin hakimi, “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi” icra qrupunun üzvləri və Vəkillər Kollegiyasının üzvü tərəfindən həyata keçirilib.

Təlimin sonunda tədris olunan mövzulara, dərsləri tədris edən müəllimlərə, eləcə də təlimin təşkilinə münasibətlərini öyrənmək məqsədilə dinləyicilər arasında anonim sorğu aparılıb.