Xəbərlər

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARI ÜÇÜN ARDICIL İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-06-30

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Bələdiyyələrlə iş mərkəzi tərəfindən Şəki və Şəmkir şəhərlərində bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursları keçirilib .

Ümumilikdə 133 nəfər dinləyicinin cəlb edildiyi hüquqi maarifləndirmə tədbiri Ədliyyə Akademiyası tərəfindən hazırlanmış və Bələdiyyələrlə iş mərkəzi ilə razılaşdırılmış proqrama əsasən həyata keçirilib.

Kurs zamanı  “Bələdiyyə mülkiyyəti, əmlak təminatı və mülkiyyət toxunulmazlığı. Bələdiyyə mülkiyyətinə dair Avropa Şurasının sənədləri”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”,  “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə media münasibətlərinin hüquqi tənzimlənməsı”, “Bələdiyyələrdə arxiv işinin təşkili”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi”  mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.