Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN ARDICIL İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-06-28

Ədliyyə Akademiyasında hakimlər üçün müxtəlif mövzularda ixtisasartırma kurslarının keçirilməsi davam etdirilir.

 Cari ilin iyun ayında birinci instansiyası məjkəməsinin hakimləri üçün hakimlər üçün “Yeni növ məhkəmə ekspertizaları və Məhkəmə Ekspertizası Mərkəzinin müasir texniki imkanları”  mövzusunda təlim keçirilib.

Təlimdə Məhkəmə Ekspertizası Mərkəzinin məsul əməkdaşları tətəfindən ekspertizaların təşkili və aparılması: problemlər və həlli yolları, məhkəmə ekspertizası sahəsində beynəlxalq standartların tələbləri, əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası, kontrafakt məhsulların məhkəmə ekspertizası, məhkəmə kompüter-texniki ekspertizası, məhkəmə tikinti-texniki ekspertizasının aparılmasında yerli baxışın keçirilməsi və mütəxəssis rəyinin təqdim edilməsi ilə bağlı problemlərlə əlaqədar mövzular tədris edilib.

25 nəfər dinləyicinin iştirak etdiyi təlim zamanı  iştirakçılar mərkəzin müasir texniki imkanları ilə əyani tanış ediliblər.

Həmçinin iyun ayında birinci və apellyasiya instansiya məhkəmərinin hakimləri üçün “Məhkəmə psixologiyasının aktual məsələləri” mövzusunda təlim keçirilib.

19 nəfər iştirakçının cəlb edildiyi təlimdə mövzular Vəkillər Kollegiyasının üzvü, Ədliyyə Nazirliyi Katibliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən tədris edilib.

Kursda hüquq psixologiyasının aktual problemləri, məhkəmə prosesi iştirakçıları ilə ünsiyyətin psixoloji xüsusiyyətləri, stressin psixologiyası və idarə olunması, məhkəmə psixoloji ekspertizasının əsas istiqamətləri kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.

Eyni zamanda hakimlər üçün Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi ilə tanışlıq tədbiri həyata keçirilib, elektron qolbağın istifadə qaydaları əyani şəkildə göstərilib.