Xəbərlər

HAKİMLƏR ÜÇÜN MƏNZİL MƏCƏLLƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-09-07

7 sentyabr tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Mənzil Məcəlləsinin tətbiqinin bəzi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

Təlimdə yaşayış sahəsinin təyinatının dəyişdirilməsi, onun yenidən planlaşdırılması və ya yenidən qurulması sahəsində yaranan mübahisələrə məhkəmədə baxılması xüsusiyyətləri, Mənzil-Tikinti Kooperativlərinin fəaliyyəti ilə bağlı yaranmış mənzil mübahisələrinə baxılmasının xüsusiyyətləri, sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin hüquqi rejimi, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan məhkəmə mübahisələrində Mülki Məcəllənin və Mənzil Məcəlləsinin qarşılıqlı tətbiqi kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.

25 hakimin  iştirak etdiyi təlimdə Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Abiddin Hüseynov, İkram Şirinov və Elnur Həsənovun mühazirələri dinlənilib.