Xəbərlər

HAKİMLƏR ÜÇÜN MÜLKİ İŞLƏR ÜZRƏ MƏHKƏMƏ BAXIŞINA DAİR İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-09-14

14 sentyabr tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Mülki işlər üzrə məhkəmə baxışının xüsusiyyətləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

25 nəfər birinci instansiya məhkəmələrinin hakiminin iştirak etdiyi tədris kursunda Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev, Ələsgər Əliyev və Elşanə Vəliyevanın, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Raqib Qurbanov və İsmayıl Xəlilovun mühazirələri dinlənilib.

Təlimdə mülki prosesdə apellyasiya baxışının hədləri, bu məsələdə təcrübədə rast gəlinən nöqsanlar, birinci instansiya məhkəmələri tərəfindən mülki məhkəmə icraatı zamanı yol verilən xarakterik səhvlər, kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin məcburiliyi və işə yenidən baxan məhkəmənin vəzifələri, mülki prossesual qanunvericiliyin tətbiqinin aktual məsələləri, lisenziyası ləğv edilmiş və iflas prosesində olan banklara qarşı iddialara məhkəmədə baxılması xüsusiyyətləri kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.