Xəbərlər

“AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI ÇƏRÇİVƏSİNDƏ MÜLKİYYƏT HÜQUQU” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

2019-09-15

15 sentyabr tarixində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər, vəkillər və Ədliyyə Akademiyasının əməkdaşları üçün “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində Mülkiyyət hüququ” mövzusunda təlim keçirilib.

Hakimlərin, vəkillərin, praktik hüquqşünasların və Ədliyyə Akademiyasının əməkdaşlarının iştirakı ilə baş tutan təlimdə Avropa İnsan Hüquqları Məhkəməsinin Katibliyinin baş hüquqşünası Xəqani Quliyevin mühazirələri dinlənilib.

Təlimdə AİHM presedent hüququnda mülkiyyət hüququnun əsas anlayışları, mülkiyyət hüququna müdaxilənin əsaslandırılması kimi məsələlər iştirakçıların diqqətinə çatdırılıb, mülkiyyət hüququ ilə bağlı Azərbaycana qarşı işlərdə ortaya çıxan qəbuledilənlik məsələləri müzakirə edilib.