Xəbərlər

HELP PROQRAMI ÇƏRÇİVƏSİNDƏ TƏLİM KEÇİRİLİB

2019-09-22

21-22 sentyabr tarixlərində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Hilton” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində “HELP proqramı (hüquqşünaslar üçün insan hüquqlarının tədrisi)” üzrə təlim keçirilib

Hakimlərin, vəkillərin, praktik hüquqşünasların və Ədliyyə Akademiyasının əməkdaşlarının qatıldığı təlimdə Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov, Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov və Avropa Şurasının Azərbaycandakı Ofisinin nümayəndəsi Vəfa Rövşənova  açılış nitqi ilə çıxış ediblər.

Qeyd edilmişdir ki, Azərbaycan HELP-in təşviqi üzrə reytinq cədvəlind’ 10-cu yerə yüksəlmiş və artıq 18 nəfər sertifikatlı təlimçimiz fəaliyyət göstərir.

Eyni zamanda, təlim zamanı Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun Qərbi Balkan ölkələrində HELP proqramı üzrə təlimçisi Valentina Boz və Stavropol Regional Vəkillər Palatasının HELP sertifikatlı təlimçi Suriya Rzayevanın təqdimatları dinlənilib, HELP proqramına giriş və təlimçilər üçün təlimin məqsədləri barədə məlumat verilib, milli kurs səhifəsinin yaradılması, tyutorlar və iştirakçılar arasında koordinasiya, kurs iştirakçılarının motivasiyası və digər məsələlər iştirakçıların diqqətinə çatdırılıb.