Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-09-20

 

Ədliyyə Akademiyasında hakimlər üçün “Cinayət işləri üzrə məhkəmə baxışının xüsusiyyətləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

37 hakimin iştirak etdiyi kursda Sumqayıt Apellyasiya Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin hakimləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Maliyyə Monitorinq Xidmətinin əməkdaşlarının  təqdimatları dinlənilib.

Kursda ayrı-ayrı cinayət işləri üzrə məhkəmə təcrübəsindən irəli gələn problemlər, qətimkan tədbirlərinin seçilməsi xüsusiyyətləri, korrupsiyaya qarşı mübarizədə beynəlxalq konvensiyaların əhəmiyyəti, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin hüquqi tövsifi və sübuta yetirilməsi, bəraətin əsasları, bəraət verilərkən həll edilməli olan məsələlər, reabilitasiya və vurulmuş ziyanın ödənilməsikimi məsələlər barədə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

Eyni zamanda hakimlər üçün Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi ilə tanışlıq tədbiri həyata keçirilib, elektron qolbağın istifadə qaydaları əyani şəkildə göstərilib.