Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİB

2019-09-25

Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıt Apellyasiya və Sumqayıt İnzibati-İqtisadi məhkəmələrində çalışan məhkəmə aparatı işçiləri üçün “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.

Məhkəmə aparatı işçiləri üçün keçirilən təlim zamanı“ Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı”, “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əsasları”,“Elektron məhkəmə informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri” barədə mövzular tədris olunub.

Ümumilikdə 37 nəfər əməkdaşın iştirak etdiyi təlimdə mövzuların tədrisi Ədliyyə Nazirliyi “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi” icra qrupunun üzvləri tərəfindən həyata keçirilib.

Həmçinin Ədliyyə Akademiyasında Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan məhkəmələrin aparat işçiləri üçün  “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda təlim keçirilib.

Ümumilikdə 27 məhkəmə aparatı işçisinin iştirak etdiyi  təlim zamanı “AİHK-nın 6-cı maddəsi, nəzəri aspektlər”, “6-cı maddənin təmin etdiyi maddi hüquqlar”, “Məhkəmə araşdırmasının ədalətliliyi”barədə  mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının nümayəndəsi və Vəkillər Kollegiyasının üzvləri tərəfindən həyata keçirilib.