Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN TƏDRİS KURSLARI KEÇİRİLİR

2019-10-25

 

Ədliyyə Akademiyasında hakimlər üçün Məhkəmə qərarlarının tərtib edilməsinin xüsusiyyətlərimövzusunda ixtisasartırma kursu keçirilib.

 

 

31 hakimin iştirak etdiyi tədris kursunda Ali Məhkəmənin, Bakı və Şirvan Apellyasiya Məhkəmələrinin hakimləri tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatlara baxılmasına və bu barədə məhkəmə qərarlarının  əsaslandırılmasına dair tələblər, ittiham hökmlərinin tərtibi, təyin edilmiş cəza növü və həddinin hökmdə əsaslandırılması zamanı nəzərə alınmalı olan tələblər, birinci  instansiya məhkəmələrində baxılmış mülki işlər üzrə məhkəmə aktlarının tərtibində yol verilən xarakterik nöqsanlar, inzibati işlər üzrə məhkəmə qərarlarının tərtibi xüsusiyyətləri kimi məsələlər ilə əlaqədar mövzular tədris edilib.

 

Həmçinin  oktyabr ayında  hakimlər üçün Mülki qanunvericiliyin tətbiqinin aktual məsələlərimövzusunda təlim keçirilib.

35 nəfər iştirakçının cəlb edildiyi təlimdə mövzular Bakı Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən tədris edilib.

Kursda əsassız varlanma - mülki hüququn və vəzifələrin əmələ gəlməsinin əsası kimi, torpaq sahələlərinin mülkiyyətə və icarəyə verilməsinin xüsusiyyətləri, ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə işlərə məhkəmələrdə baxılmasının xüsusiyyətləri, mənəvi zərər və onun ödənilməsinin xüsusiyyətləri kimi məsələlər hakimlərin diqqətinə çatdırılmışdır.

Ədliyyə Akademiyasında oktyabr ayında  hakimlər üçün daha bir təlim kursu - “Korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq mexanizmlər” mövzusunda keçirilib..

 

21 hakimin iştirak etdiyi təlimdə mövzular Ali Məhkəmənin hakimi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin nümayəndələri tərəfindən tədris edillib.

 

Kursda  cinayətlərinin tövsifi və həmin cinayətlərə məhkəmədə baxılmasının xüsusiyyətləri, korrupsiyaya qarşı mübarizədə beynəlxalq konvensiyaların əhəmiyyəti, korrupsiyaya qarşı mübarizədə preventiv tədbirlərin əhəmiyyəti kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.

Eyni zamanda hakimlər üçün Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi ilə tanışlıq tədbiri həyata keçirilib, elektron qolbağın istifadə qaydaları əyani şəkildə göstərilib.