Xəbərlər

İCRA MƏMURLARI ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-10-25

Ədliyyə Akademiyasında icra məmurları üçün davamlı ixtisasartırma kursları və təlimlər keçirilir.

Oktyabr ayında Ədliyyə Akademiyasında “Alimentin tutulması, uşaqla ünsiyyətdə olma və uşağın alınıb-verilməsi tələblərinə dair məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi” mövzusunda ixtisasartırma kursu keçirilib.

15 icra məmurunun iştirak etdiyi təlimdə “Uşağın alınıb-verilməsi və uşaqla ünsiyyət tələbinə dair icra sənədlərinin icrası zamanı uşağın mənafeyinə zərər vurmadan icranın təmin ounması”, “Alimentin tutulması, uşaqla ünsiyyətdə olma və uşağın alınıb-verilməsi tələblərinə dair məhkəmə qərarlarının icrası zamanı icra məmurları tərəfindən yol verilən xarakterik nöqsanlar və onların aradan qaldırılması üzrə görülən tədbirlər”,“Alimentin tutulmasına dair icra sənədlərinin icrası qaydası”mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

Həmçinin Ədliyyə Akademiyasında icra məmurlarının iştirakl ilə “Ünsiyyət psixologiyası, konfliktli vəziyyətlərin idarə olunması və stressin götürülməsi” mövzusunda təlim keçirilib.

Kursda “Ünsiyyətin növləri, ünsiyyət zamanı tərəf müqabilinə təsir etmənin əhəmiyyəti”, “Şəxsiyyətinin psixoloji tipologiyası”, “İcra məmurları tərəfindən icra hərəkətləri aparılan zaman vətəndaşlarla yaranan problemlər və onların həlli yolları”  və“Ünsiyyət psixologiyası, konfliktologiyanın yaranma səbəbləri və profilaktikası” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

20 nəfər icra məmurunun cəlb edildiyi kursda mövzuların tədrisi Ədliyyə Nazirliyi Katibliyinin, Tibb baş idarəsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndələri tərəfindən həyata keçirilib.