Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-11-15

Ədliyyə Akademiyasında hakimlər üçün “Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

21 hakimin iştirak etdiyi kursda  Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təqdimatları dinlənilib.

Kursda tikinti qaydaları hüququna ümumi giriş, tikintiyə icazə verilməsi sahəsində yaranan mübahisələrə baxılması xüsusiyyətləri hakimlərin diqqətinə çatdırlıb.

Həmçinin Ədliyyə Akademiyasında hakimlər üçün “Probasiya xidmətinin  yaradılması ilə bağlı qanunvericiliyin tətbiqi məsələlərimövzusunda ixtisasartırma kursu keçirilib.

 

13 hakimin iştirak etdiyi kursda Ədliyyə Nazirliyi Probasiya xidmətinin rəis müavini Musa HümbətovunAli Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun təqdimatları dinlənilib.

Kurs zamanı probasiya institutunun anlayışı, məqsədi, bu sahədə xarici ölkələrin təcrübəsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prossesual məcburiyyət tədbirlərinin tətbiqi əsasları və şərtləri , azadlığın məhdudlaşdırılması  cəzası, onun tətbiqi və icrasının təşkili ilə bağlı məsələlər kimi mövzular hakimlərin diqqətinə çatdırılıb.