Xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN ƏDLİYYƏ AKADEMİYASININ MƏLUMATI

2019-12-16

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, ədliyyə və prokurorluq orqanları işçilərinin, hakimlərin, digər hüquqşünasların peşə hazırlığının artırılması, habelə cəmiyyətin ixtisaslı hüquqşünas kadrlarına ehtiyacının təmin edilməsi üçün yaradılmış tədris-elm müəssisəsi kimi fəaliyyət göstərir.

Ədliyyə Akademiyası aşağıda adları qeyd olunan baş müəllim və  müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir:

 

 

Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası

-      baş müəllim 0,5 ştat

 

Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası

-      müəllim 3 ştat (ikisi 0,5 ştat, biri 1 ştat)

 

Mülki hüquq və mülki proses kafedrası

-      baş müəllim 2 ştat (hər ikisi 0,5 ştat)

 

Mülki hüquq və mülki proses kafedrası

-      müəllim 0,5 ştat

 

Konstitusiya və inzibati hüquq kafedrası

-      müəllim 0,5 ştat

 

  Konstitusiya və inzibati hüquq kafedrası

-      baş müəllim 1 ştat

 

Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrası

-      baş müəllim 2 ştat (biri 1 ştat, biri 0,5 ştat)

 

Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrası

-      - baş müəllim 2 ştat

 

Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrası

-    -  müəllim 2 ştat (hər ikisi 0,5 ştat)

 

Ədliyyə sahəsində idarəetmə kafedrası

-      müəllim 2 ştat (biri 1 ştat, biri 0,5 ştat)

 

Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər bu elan qəzetdə dərc olunan gündən bir ay müddətində qəbul edilir.

 

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

 

1. Rektorun adına ərizə;

2. Kadrlar uçotunun şəxsi vərəqəsi;

3. Tərcümeyi-hal;

4. Ali təhsil haqqında diplomun notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

5. Elmi ad və dərəcə haqqında sənədlərin surəti;

6. Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı;

7. Şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

8. Əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surəti;

9. Sağlamlıq və ailə tərkibi haqqında arayış;

10. 4×6 sm ölçüdə 4 ədəd, 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;

11. İş yerindən xasiyyətnamə.

 

Müsabiqədə iştirak etmək istəyənlər həmin sənədləri mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana  təqdim etməlidirlər:

 

 

Ünvan: AZ 1000, Bakı şəhəri, Vidadi küçəsi, 158

Telefon:  (99412) 498 09 83 Ünvan: AZ 1000, Bakı şəhəri, Vidadi küçəsi, 158