Xəbərlər

ƏDLİYYƏ İŞÇİLƏRİ ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

2019-12-25

Ədliyyə Akademiyasında Penitensiar Xidmətin əməkdaşları və icra məmurları üçün “Əmək və icra intizamının gücləndirilməsi məsələləri” mövzusunda  ardıcıl təlimlər keçirilib.

160-dək ədliyyə işçisinin cəlb edildiyi təlimlərdə “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Ədliyyə orqanlarının işçilərinə tətbiq edilən intizam tənbehləri”, “Penitensiar Xidmətdə vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması qaydası”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırlıb.

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Ədliyyə Akademiyasının müvafiq əməkdaşları tərəfindən həyata keçirilmişdir.

 

Həmçinin Ədliyyə Akademiyasında Tibb xidmətinin və
Məhkəmə Ekspertizasının əməkdaşları üçün “İKT-nin müasir imkanları və ədliyyə orqanlarında tətbiqi məsələləri” mövzusunda iki  təlim keçirilib.

Ümumilikdə 44 nəfər əməkdaşın cəlb edilidiyi təlimdə  “Müasir İKT-lərdən istifadə və ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər.Ədliyyə Nazirliyində tətbiq olunan informasiya sistemləri”, “Elektron imza və onun tətbiqi məsələləri” və “Azərbaycan ədliyyəsinin tarixi” mövzularında mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

Mövzuların tədrisi Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin, Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin və Ədliyyə Akademiyasının müvafiq əməkdaşları tərəfindən həyata keçirilib.