Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-12-19

Ədliyyə Akademiyasında dekabr ayında Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan məhkəmələrin aparat işçiləri üçün  təlim keçirilib.

Təlim zamanı “Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin qəbuledilənlik şərtləri və Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırılması hüququ)” ,CEPEJ alətlərinə və metodologiyasına uyğun məhkəmə fəaliyyəti ilə bağlı hesabatların tərtibi”, “Elektron məhkəmə” informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri”  barədə mövzular tədris olunub.

Ümumilikdə 23 nəfər dinləyicinin iştirak etdiyi təlimdə  mövzuların tədrisi Ədliyyə Akademiyasının, Ədliyyə Nazirliyinin əməkdaşları və “Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu Layihəsi”nin nümayəndələri tərəfindən həyata keçirilib.