Xəbərlər

Növbəti müsabiqə üzrə uğur qazanmış namizədlər ədliyyə orqanlarına qulluğa qəbul olunmuşlar

2020-05-08

  Ədliyyə orqanlarında vakant ştat vahidlərinin layiqli kadrlarla komplektləşdirilməsi tədbirləri davam etdirilir.Nazirliyin Müsabiqə Komissiyası tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurularaq uğur qazanmış namizədlər qanunvericiliyin tələblərinə müvafiq olaraq Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmuşlar.Təlimin müəyyən hissəsi koronavirus (COVİD-19) infeksiyası ilə bağlı xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən tədris distant formada davam etdirilmiş və yekunları üzrə onlayn imtahan keçirilmişdir.Uğur qazanmış və əksəriyyəti gənclər olan hüquqşünaslar müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsində qulluğa qəbul olunaraq yerli ədliyyə qurumlarına təyinat almışlar.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hüquq mühafizə orqanları işçiləri qarşısında qoyduğu tələblər yeni təyin olunmuş əməkdaşların nəzərlərinə çatdırılmış, onlara qanunun aliliyi və dövlətçiliyə sədaqət prinsiplərini hər şeydən üstün tutmaları barədə zəruri tapşırıqlar verilmişdir.