Xəbərlər

Hakim və prokurorlar Bolqarıstan Milli Ədliyyə İnstitutunun təşkil etdiyi vebinarda iştirak ediblər

2020-05-29

 Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən beynəlxalq əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verilərək, Bolqarıstan Milli Ədliyyə İnstitutu ilə səmərəli əməkdaşlıq edilir, nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədbirlər təşkil olunur.Pandemiya dövründə distant təlimlərin önəmi nəzərə alınaraq, Bolqarıstan Milli Ədliyyə İnstitutu tərəfindən mayın 20-də “COVİD–19 pandemiyası şəraitində cinayətkarlığın tendensiyaları" mövzusunda onlayn qaydada vebinar keçirilib.Avropa, Asiya və Şimali Amerikanın 20-dən çox ölkəsindən 120-dən artıq hakim və prokurorların iştirak etdikləri tədbirə Azərbaycanın birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorları və Ədliyyə Akademiyasının əməkdaşları qatılıblar.Təlimdə Milli Ədliyyə İnstitutunun direktoru xanım Miqlena Taçeva, Avropa Hakimlərin Tədrisi şəbəkəsinin baş katibi, hakim Markus Brukner çıxış edərək hakimlərin təlimləri baxımından belə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.Vebinarda pandemiya dövründə maliyyə və iqtisadi cinayətlər, kibercinayətkarlıq, dələduzluqla mübarizə kimi aktual məsələlər müzakirə olunub. ABŞ-ın Ədliyyə Departamentinin Bolqarıstan və Rumıniya üzrə şöbəsinin hüquq məsləhətçisi xanım Cessika Kim mövzu ətrafında məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.