Xəbərlər

Qədirbilən xalqımız Prezidenti ilə qürur duyur

2020-12-24

 Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətənimizin azadlığı, respublikamızın tərəqqisi və əhalinin rifahı naminə müstəqil, uzaqgörən və müdrik siyasəti qədirbilən xalqımız tərəfindən daim dəstəklənir. Milyonlarla insanın ürəyində dərin sevgi və rəğbət qazanan ölkə başçısı hər bir vətəndaşın prezidenti olduğunu sübut etməklə dövlətə və vətənə sədaqətlə xidmət nümunəsi göstərir.Dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, qlobal pandemiya şəraitində mütəmadi keçirilən videoqəbullarda paytaxtın və müxtəlif rayon və şəhərlərin, o cümlədən işğaldan azad olunan Qarabağ bölgəsindən olan ümumilikdə 300-ə yaxın vətəndaşların müraciətləri dinlənilərək qaldırılan məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görülüb.Dekabrın 23-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib, hər bir vətəndaş diqqətlə dinlənilərək ədliyyə fəaliyyətinə dair müraciətlərinin araşdırılıb konkret tədbirlər görülməsi ilə bağlı aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.İndiki pandemiya şəraitində videoformatda qəbulların keçirilməsindən məmnunluqlarını bildirən vətəndaşlar müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz sərkərdəliyi ilə qazanılmış Şanlı Qələbə ilə hədsiz qürur və sevinc hissi keçirdiklərini vurğulayıb, dövlət başçısına tarixi zəfərlə əlamətdar olan doğum günü münasibətilə səmimi təbriklərini və ən xoş arzularını sonsuz məhəbbətlə ifadə ediblər.Bildiriblər ki, xalqımız son 30 ildə qarşıdan gələn Yeni ili ilk dəfə olaraq sülh şəraitində, həmçinin uzun müddət işğal altında olmuş ərazilərimizdə qarşılayacaq, respublikamızda bundan sonra daha xoşbəxt, firavan həyat hökm sürəcək və müstəqil dövlətimiz ölkə Prezidentinin rəhbərliyi ilə gündən-günə inkişaf edərək möhkəmlənəcəkdir.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı